Ağdaşda həmyerlisi ilə zarafat edən 55 yaşlı kişi bıçaqlandı

Ağdaş rayonunda 55 yaşlı kişi həmyerlisi ilə zarafat etdiyi üçün bıçaqlanıb.
”Report”un Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Sahib Məhəmməd oğlu Məmmədov həmyerlisi tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.
Hadisəni törədənin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.