Ağdaşda 2 avtomobil toqquşdu: hər ikisi yandı - YENİLƏNİB - FOTO

Yanğın söndürülüb
 
Ağdaşda iki avtomobilin toqquşması nəticəsində baş verən yanğın söndürülüb.
Yanğın zamanı "VAZ-2107" markalı avtomobildə olan beş sərnişindən biri yüngül xəsarət alıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ona yardım göstərib. /report
*** 09:59
Ağdaşda iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib.
Hadisə rayonun Ağzıbir və Pirəzə kəndləri arasında qeydə alınıb.
Belə ki, Pirəzə kənd sakini Alı Məbud oğlu Aslanovun idarə etdiyi köhnə QAZ-53 markalı yük maşını Qəbələ sakininin idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobil alovlanıb.
Avtomobildə olan şəxsləri çıxarmaq mümkün olub. Xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.
Hazırda yanğın söndürülür.
Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparır.