Ağdaşda 18 yaşlı gənc bıçaqlanıb

Ağdaş rayonunda 18 yaşlı gənc bıçaqlanıb.
 
Hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. 
Belə ki, 1999-cu il təvəllüdlü, Yuxarı Ləki kənd sakini Aydın Qalib oğlu Qasımov mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi alan yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.