Ağdamdakı monitorinq mərkəzindən ilk reportaj

Baxış sayı:
831

Dünən Azərbaycanın Ağdam rayonunda Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunmasına nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzi işə başlayıb. Rusiyanın "Moskovskiy komsomolets" nəşri bununla bağlı öz müxbirinin reportajını dərc edib. Muxalifet.az Virtualaz.org-istinadən həmin reportajdan bəzi çıxarışları oxucularına təqdim edir.

* * *

Moskvadan gələn hərbi təyyarə Azərbaycanın şimal-qərbindəki Gəncə hava limanına endi. Yağış yağırdı.

Bir zamanlar Gəncə şəhəri Rusiya imperatoru Yelisavetpolun adını daşıyıb. Sovet dövründə Kirovabad idi. Elə həmin vaxt burada hərbi aerodrom tikildi və sonradan miras kimi Azərbaycan Hərbi Hava Qüvvələrinin tabeçiliyinə keçdi.

Deyirlər ki, erməni raketlərinin, hansı ki, onlardan biri şəhərin yaşayış rayonuna düşüb, hədəfi məhz aviabaza olub. Müharibə hətta buraya - Dağlıq Qarabağda cəbhə xəttindən 60 kilometr aralıya da gəlib çıxıb.

Bizim kiçik avtomobil kolonumuz təyinat yerinə nə qədər yaxınlaşırsa, bu yaxınlarda baş vermiş münaqişənin izi daha çox görünür. Evlərin pəncərələrinə, partlayış dalğası səbəbindən şüşələr yerindən çıxmasın deyə çarpaz xaç şəklində yapışdırılmış kağız lent zolaqları getdikcə daha çox gözə dəyir. Yol boyu müdafiə qurğuları görünür: xüsusi düzəldilmiş qum-torpaq bəndləri, qazılmış xəndəklər, səngər xətləri, bəzən zirehli texnika üçün torpaq sığınacaqları.

Hamısı qərbə - Qarabağ yüksəkliklərinin zirvələrinin buludda itdiyi yerə yönəldilib. Sülh sazişinin bağlanmasından sonra istehkama ehtiyac qalmadı. Bəndləri yağış yuyub, orada artıq otlar bitib. Burada bəzi yerlərdə, tərk edilmiş istehkamlar arasında otlayan qoyunları görə bilərsiniz. Tankın sığındığı torpaq sədlər arasında indi ev quşlarının üzdüyü kiçik göllər əmələ gəlib.

Müharibənin izləri yox olur, amma əldə edilən sülhü qorumaq və saxlamaq vacibdir.

11 noyabr 2020-ci ildə Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə Mərkəzinin yaradılması haqqında memorandum imzaladılar.

Bu mərkəz haqqında KİV-lər nələr yazmadılar! Əslində, burada bərabər hüquqla Rusiya və Türkiyədən olan 120 - hər tərəfdən 60 hərbçi yerləşdirilib. Onlar məhz Memorandumda nəzərdə tutulan işlə - regionda sülhün dəstəklənməsi, daha dəqiq desək, vəziyyətin havadan izlənməsi ilə məşğul olacaqlar. Tərəflər əldə etdikləri məlumatları bir-biri ilə, eləcə də Ermənistan və Azərbaycan hərbçiləri ilə mübadilə edirlər.

Mərkəzin özü modul tikili qrupudur, hansı ki yarısında bizim, yarısında isə türk sülhməramlıları məskunlaşıblar. Burada hər şey təkrarlanır: hər imza və hər boşqab. "Komandir" - "Komutan", "Tərcüməçi, sənədləri izləyən" - "ID. Isl. ASB ","Komnata otdıxa"-" Dinlenme yeri " və s.

Bizim sülhməramlılarımız artıq türk qonşuları ilə tanış ola biliblər, onların bəziləri rusca pis danışmırlar. Burada nə qədər vaxt keçirəcəklər – hər iki ölkədən olan hərbçilər heç nə danışmırlar. Yalnız qeyri-müəyyən işarə ilə anladırlar ki, "biz uzun müddətə buradayıq". Deməli, dilləri də öyrətməyə dəyər.

Yaşayış sahələri, idman otağı, İdarəetmə Mərkəzi - bütün bunlar Azərbaycan tərəfindən cəmi bir neçə həftə ərzində boş yerdə yaradılıb. Deyəsən, hər şeyi nəzərə almaq mümkün olub. Kiçik bir küncə - ibadət otağına qədər.

Yataq otaqları hamam, istilik sistemi və ümumiyyətlə ehtiyac duyulan hər şeylə təchiz olunub.

Təəssüf ki, bütün bunların Türkiyə tərəfində necə qurulduğunu görmək mümkün olmadı. Çox güman ki, eynidir. Yalnız çarpayıların yanındakı dolabçalarda ikona yox, Quran-dır.

Əslində, Mərkəz unikal şeydir. Bizim hərbçilərimiz heç vaxt NATO blokunda iştirak edən ölkədən olan həmkarları ilə bu qədər yaxın yaşamalı və işləməli olmayıblar. İstəməzdik ki, "ilk cəhd" uğursuz alınsın.

Mərkəzin açılış mərasimində Müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin əsas məsələ barədə məlumat verib: "Möhkəm əmin olduğumuzu bildiririk ki, Birgə Mərkəzin işi çox mərhumiyyətlər görmüş Qarabağ torpağında möhkəm sülhün bərqərar olmasına kömək edəcək və köhnə münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq".

Türkiyə tərəfinin nümayəndəsi-Türkiyə Milli müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu da ümidlərini bölüşüb: "Ümid edirəm ki, bu Mərkəzin köməyi ilə atəşkəs rejiminə əməl olunmasına nəzarət ediləcək. Bununla da regionda sülhün və sabitliyin qorunması təmin ediləcəkdir. İnanırıq ki, bu da Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcək".

Yəqin ki, bu, Qarabağ müharibəsindən sonra ilk haldır ki, Türkiyə rəsmiləri Ermənistanı müsbət mənada xatırlayıblar. Yaxşı əlamətdir.

Hava limanına qayıdarkən yağış güclənmişdi. Yol boyunca təmiz sahədə dayanan Azərbaycan əsgərlərinin siluetləri görünürdü.

Bəlkə də tezliklə, sülhməramlıların sayəsində bu problemli bölgə daha da təhlükəsiz olacaq. Deməli, burada qoşun saxlamağa böyük ehtiyac qalmayacaq...