​Ağdamda FACİƏ: 50 yaşlı kişi evdə YANARAQ ÖLDÜ

Baxış sayı:
2074

Ağdamda ev yanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Sarıçoban kəndində baş verib. Kənd sakini Əvəz Əliyevin evində baş verən yanğın zamanı ailə üzvü, 50 yaşlı Əliyev Akif Əvəz oğlu yanaraq ölüb. Ə. Əliyevin psixoloji probleminin olduğu bildirilir.