Ağdamda 32 yaşlı kişi bıçaqlandı

Baxış sayı:
9988

Ağdamda 32 yaşlı kişi bıçaqlanıb.
 
Muxalifət.az xəbər verir ki, hadisə rayonun köçkünlər üçün salınmış İmamqulubəyli qəsəbəsində baş verib. Qəsəbə sakini Dadaşov Səxavət Süleyman oğlu münaqişə zəminində bıçaq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdam Polis Şöbəsində cinayət işi açılıb.
S. Süleymanovun kim tərəfindən bıçaqlandığı araşdırılır./apa