Ağdam sakinini ilan VURUB

Ağdam sakinini ilan sancıb.
 
Hadisə rayonun Zəngişalı kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Rəhimov Rəşad Allahverdi oğlu sahədə ot bağlayarkən ilan onu ayağından sancıb. Yaxınları R.Rəhimovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Ona ilkin tibbi yardım göstərilib,  zərdab vurularaq reanimasiya şöbəsinə yerləşdirilib.