Ağcabədidə qətlə yetirilən qadın həkim olub - YENİLƏNİB

Ağcabədi rayonunda qətlə yetirilən qadın həkim olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, qətə yetirilən 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı evdə tək yaşayıb. Rayonda həkim kimi çalışan qadının övladlarının Bakıda yaşadığı bildirilir.
Məlumata görə, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
​Ağcabədidə ər arvadını qətlə yetirib

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb.
Rayon sakini olan Kəmalə adlı qadının həyat yoldaşı tərəfindən qətlə yetirildiyi bildirilir.
İlkin məlumata görə, həyat yoldaşı onun başına ütü ilə zərbələr vuraraq  öldürüb.
Faktla bağlı araşdırma aparılır.