​Ağcabədidə maye qaz doldurma məntəqəsində partlayış: Ölən var

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində baş verən partlayış nəticəsində bir nəfər ölüb.
Muxalifet.az-ın apa-ya istinadən verdiyi məlumata əsasən, insident rayonun Boyad kəndində qeydə alınıb. 
İlkin məlumata görə, partlayış çənə qaz vurulan zaman baş verib. 
Hadisə nəticəsində ağır xəsarət alan daha bir nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.