Ağcabədidə maşın piyadanı vuraraq öldürüb

Baxış sayı:
9055

Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən piyadanı minik avtomobili vurub. Qadın hadisə yerində ölüb. Hadisəni törədən şəxsin və piyadanın kimliyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.