Ağcabədidə intihara cəhdin qarşısı alındı — XİLASETMƏ ANI / VİDEO
11-01-2020 22:12
Baxış sayı:
2302

Yanvarın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Hacıbədəlli kəndində bir nəfər qadın intihar etmək istəyini nümayiş etdirib.
FHN xəbər verir ki, dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasedicilərinin çevik müdaxiləsi sayəsində özünü Yuxarı Qarabağ kanalına ataraq intihara cəhd edən vətəndaş sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.