​Ağcabədidə 3 otaqlı ev yanıb KÜL OLDU – VİDEO

Baxış sayı:
3478

Ağcabədinin Hacıbədəlli kəndində yanğın olub.
ARB TV xəbər verir ki, hadisə ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evdə baş verib.
Nəticədə tikilinin dam örtüyünün 70 m²-lik hissəsi içərisinə yığılmış 16 ton ot bağlamasının 8 tonu ilə birgə yararsız hala düşüb.
FHN əməkdaşları əraziyə cəlb ediliblər. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev alovdan mühafizə olunub.