Ağ Evin qarşısında Qaşıqçı cinayətinə etiraz etdilər

Baxış sayı:
17617

 Jurnalist Camal Qaşıqçını öldürənlərin cəzalandırılmasını istəyən bir qrup aktivist ABŞ-da Ağ Ev qarşısında toplaşaraq mətbuata açıqlama verib.
 
Jurnalistləri Qoruma Komitəsinin üzvləri və digər insan haqları təşkilatlarından olan aktivistlər Ağ Ev qarşısında Camal Qaşıqçı cinayətinə dair bəyanat verib.
“Camal Qaşıqçı üçün Ədalət Dərnəyi”nin sədri Əhməd Bedier Qaşıqçı-nın öldürülməsi ilə bağlı heç bir şeyin edilməməsi ədalət axtaran bir çox insanda böyük xəyal qırıqlığına səbəb olduğu bildirilib.
Digər tərəfdən, Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanı tərəfindən törədilən cinayətə səssiz qalmasını tənqid edən Jurnalistləri Qoruma Komitəsinin(CPJ) direktoru Courtney Radsch isə "Bura prezident Trampa və rəhbərliyinə ABŞ və dünyadakı bir çox insanın mətbuat azadlığına önəm verdiyini göstərmək üçün gəlmişik" deyib.
Bundan başqa, mətbuat açıqlamasında, Tramp rəhbərliyinə ABŞ Konqresinin istəyinə uyaraq cinayətə dair məsul şəxslərin adlarının bəyan edilməsi tövsiyə olunub.
Müxalifət.az