Ağ Evin keçmiş rəsmisi: “Tramp, Ərdoğanı dostu olaraq görür”

Baxış sayı:
8920

Yalnız 11 gün işlədikdən sonra vəzifəsinə son verilən Ağ Evin keçmiş ictimai əlaqələr üzrə direktoru Entoni Scaramucci, “Axşam” qəzetinə xüsusi açıqlama verib.
 
ABŞ prezidentinin seçki kampaniyasında da yer alan, Ağ Evdən sızıntıların qarşısının alınması üçün Tramp tərəfindən xüsusi seçilən Scaramucci, bir səhv edərək bir jurnalistə deməməsi lazım olan şeylər danışdığını və o səbəbdən də qovulduğunu bildirib.
Scaramucci, cəsur bir addım ataraq prezident Trampın lazım olanda siyasi yalanlara əl atdığını etiraf edib. Prezidentin mümkün ölkələrlə və o ölkə vətəndaşları ilə əlaqə qurmaq və hərəkət etmə nöqtəsində çox istəkli olduğunu, Türkiyə ilə də yaxşı münasibətlər istədiyini deyən Scaramucci, Trampın Türkiyə prezidenti Ərdoğanı dost olaraq gördüyünü söylədiyini, bunu birinci ağızdan eşitdiyini bildirib. Scaramucci, "Tramp, Türkiyədə çevriliş cəhdi olanda sürətli bir şəkildə Türk hökumətinin və xalqının yanında olduğunu dedi. Hillari Klinton da namizəd idi, ancaq o bunu etmədi. Bu da Trampın lütfkarlığını göstərir. Türk hökumətinin tərəfində yer aldı" deyə bildirib.
Müxalifət.az