Ağ Evdən FETÖ açıqlaması

Baxış sayı:
4579

Ağ Ev ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığının detallarını açıqlayıb.
 
FETÖ başçısı Fətullah Gülənin ekstradisiyasının telefon danışığında gündəmə gəldiyinin qeyd edən Ağ Ev, "Prezident Tramp cənab Ərdoğana Gülənin ekstradisiya məsələsini araşdıracağını söylədi" ifadələrinə yer verib.
 
NAZİR ÇAVUŞOĞLU AÇIQLAMIŞDI
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın FETÖ əbaşçısı Fətullah Gülənin ekstradisiyası ilə bağlı çalışıldığını söylədiyini bildirmişdi.
 FETÖ və başçısına dair FTB tərəfindən bir çox əyalətdə aparılan istintaqda bu təşkilatın qaranlıq tərəfinin və ABŞ qanunlarını necə pozduqlarının fərq edildiyini vurğulayan Çavuşoğlu, "Bizim gözləntimiz çox dəqiqdir. İkitərəfli müqavilələrimiz var, beynəlxalq hüquq ortadadır. Bu şəxs və bu təşkilata üzv olan digərlərini, 84 şəxsdən ibarət siyahını Türkiyəyə ekstradisiya tələbi ilə ABŞ-a təqdim etmişik" deyib.
Müxalifət.az