Ağ Evdə qəribə saatlar

Baxış sayı:
11803

 Hökumətin qapalı olduğu ABŞ-da Ağ Ev əməkdaşlarının mühüm bir hissəsinin də pulsuz iməzuniyyətə çıxarılması Trampın qəbuluna da təsir edib. Kollec Liqa çempionu Clemson Tigersi Ağ Evdə qəbul edən Tramp, gənc idmançılar üçün pitsa və kotlet sifariş edib.
 
Trampın qəbuluna damğa vuran hadisə isə yemək olaraq kartof qızartması, pitsa və 300-dən çox hamburqer sifariş edilməsi olub.
 
“PULUNU MƏN ÖDƏDİM”
 
 TrAmp, “Ecazkar Amerikan yeməyi" olaraq adlandırdığı “fast-food” ziyafəti ilə əlaqədar olaraq, "Ecazkar Clemson komandası bizimlədir. Hökumətin qapalı olmasına görə, pulu mənim tərəfimdən ödənilmiş Amerikan “fast food”-u sifariş etdik" deyib.
Tramp Ağ Evdəki bir qəbulunda hökumətin qismən bağlanması üçün yetərli mətbəx personalı olmadığını əsas göstərərək qonaqlarına kənardan dediyi kotlet, kartof qızartması və pitsa təqdim edib.
Müxalifət.az