Ağ Evdə qiyamət qopdu!

Baxış sayı:
5920

Ağ Evdəki qrup tərəfindən prezident Trampın ölkə üçün təhlükəli qərarlar almasının qarşısının alındığını izah edən məqalənin müəllifi araşdırılır.
 
Tramp rəhbərliyindən bir çox nazir və yüksək səviyyəli səlahiyyətli, bəyanat verərək siyasi zəlzələyə yol açan yazını onların qələmə almadığını bildirib.
 
BİR-BİR AÇIQLAMA VERDİLƏR: MƏN YAZMAMIŞAM
 
“Nyu-York Times”-dakı imzasız məqaləylə bir əlaqələri olmadığını açıqlayan ABŞ rəsmilərinin siyahısı:
 
 Müdafiə Naziri Ceyms Mattis
 Xarici işlər Naziri Mike Pompeo
 Milli Kəşfiyyat Direktoru Dan Coats
 Xəzinə Naziri Stiven Mnuchin
 Milli Təhlükəsizlik Naziri Kirstjen Nielsen
 Mənzil və Şəhərlə Əlaqədar İnkişaf Naziri Ben Carson
 Ədliyyə Naziri Cef Sessions
 ABŞ-ın BMT Səfiri Nikki Haley
 Ağ Ev Büdcə və İdarəçilik Ofisinin Direktoru Miket Mulvaney
 Veteran İşləri Naziri Robert Wilkie
 Əmək Naziri Aleks Acosta
 MKİ Direktoru Gina Haspel
 Enerji Naziri Rick Perri
 Müşavir Kellyanne Conway
 Ətraf mühitin Mühafizəsi Agentliyinin Rəhbəri Endryu Wheeler
 Kənd təsərrüfatı Naziri Sonny Perdue
 Kiçik Müəssisələr İdarəsinin Rəhbəri Linda Makmahon
 Səhiyyə Naziri Aleks Azər
 Nəqliyyat Naziri Elaine Chao
 Ticarət Naziri Wilbur Ross
 
Yazıda keçən həftə dəfn edilən senator Con Makkeyn üçün "Çobanyıldızı” ifadəsini ilşlədən anonim müəllifin, bu ifadəni çıxışlarında tez-tez istifadə edən vitse prezident Mayk Pens olduğu irəli sürülüb. Pensin sözçüsü, "Vitse prezident öz yazılarının altına imzasını atar. “New York Times” və bu yazını yazan adam, bu səhv, axmaq və qorxaq yazıdan dolayı özündən utanmalıdır" açıqlamasını edib.
Məqalənin dərc olunmasından az sonra prezident Tramp Twitterdə "Xəyanət” ifadəsinə yer verdiyi tək sözdən ibarət bir açıqlama yazıb. Daha sonra verdiyi açıqlamada isə Tramp, hər zamankı kimi “Nyu-York Tayms”-ı "saxtakar, hadisəni isə “rüsvayçılıq” kimi səciyyələndirib.
Müxalifət.az