Ağ Evdə kritik İran brifingi... Liderlərə çağırış etdilər!

Baxış sayı:
8731

İranın ABŞ-a aid insansız hava vasitəsini (İHA) raketlə vuraraq salmasından sonra Ağ Evin Respublikaçı və Demokrat Konqres liderlərinə İranla bağlı brifingi verdiyi bildirilib.
 
ABŞ-da fəaliyyət göstərən “The Hill” adlı xəbər saytının Konqres qaynaqlarına söykədiyi xəbərinə görə, Ağ Evdə dünən günortadan sonra təşkil edilən brifingə Respublikaçıların Senatdakı lideri Mitch McConnell, Nümayəndələr Palatasındakı Respuklikaçıların lideri Kevin McCarthy, Demokratların Senatdakı lideri Chuck Schumer və Nümayəndələr Palatasının Demokratlardan olan başçısı Nancy Pelosi dəvət edilib.
Təşkil edilən yığıncağa Senat və Nümayəndələr Məclisindəki bəzi komitələrin rəhbərləri də qatılıb.
Yığıncaqdan sonra mətbuat mənsublarına açıqlama verən Schumer, "Rəhbərliyin İrandakı bir qarşıdurmaya maliyyə qaynağı istəmədən əvvəl Konqresin təsdiqini alması lazımdır, Demokratlar olaraq mövqeyimiz budur" deyib.
Müxalifət.az