AĞ EVDƏ KORONAVİRUS HƏYƏCANI - İşçilər maska taxmağa başladı...

Baxış sayı:
1317

ABŞ-da vitse-prezident Mayk Pensin işçilərindən birində koronavirus yoluxması aşkar edildikdən sonra xəstəliyin daha da yayılmaması məqsədilə Ağ Evin heyəti maska taxmağa başlayıb. Ağ Ev mayın 8-də Pence-in əməkdaşlarından birində koronavirus aşkar olunduğunu təsdiqləyib, lakin daha geniş təfərrüat verilməyib.

Bundan bir gün əvvəl prezident Donald Trampın şəxsi xidmətçilərindən birinin koronavirusa yoluxduğu xəbər verilmişdi. Bu, ölkə rəhbərliyinin sağlamlığından ciddi narahatlığa səbəb olub.Birləşmiş Ştatlarda indiyədək 1.3 milyon nəfər COVID-19 xəstəliyinə yoluxub, bunlardan 76 mini vəfat edib.

Ağ Evdə prezident və vitse-prezidentin gündəlik qaydada test edilməsinə başlanıb. Bundan əvvəl onlar həftədə yalnız bir dəfə qan analizi verirdilər. Mayın 8-də Donald Tramp Fox News telekanalına müsahibəsində bəzi işçilərinin maska taxdıqlarını bildirmişdi.

ABŞ Xəstəliklərə Nəzarət və Profilkatika Mərkəzi ötən ay vətəndaşlara virusun yayılma sürətini azaltmaq məqsədilə maska taxmağı tövsiyə etmişdi. Buna baxmayaraq Tramp və Pence ictimai təmasları zamanı maska taxmaqdan imtina edirdilər.

Məsələn aprelin 29-da vitse-prezident xəstəxanaya baş çəkərkən maska taxmadığına görə tənqid edilmişdi. Pensin işçilərindən birinin koronavirusa yoluxması onun Ayova ştatına səfərini ləngidib. O orada “məsuliyyətli” toplantılar məsələsini müzakirə etmək üçün ruhani liderlərlə görüşməliydi.

Qeyd edək ki, bir çox dünya liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin koronavirusa yoluxmamaq üçün özünütəcrid rejimində işləyirlər. Artıq Rusiyanın baş naziri bu virusa yoluxub və xəstəxanadadır. ABŞ administrasiyasında isə hələlik yüksək rütbəli şəxslərin virusa yoluxması baş verməyib.