Ağ Evdə diqqət çəkən detal – TÜRKİYƏYƏ SANKSİYA QƏRARI AÇIQLANARKƏN...

Baxış sayı:
3499

2 Türk nazirinə sanksiya qərarı açıqlanarkən Ağ Evdə diqqət çəkən başqa məqamlar da yer alıb.
 
Belə ki, Türk nazirlər qara siyahıya alınarkən Ağ Evin başqa bir otağında ABŞ prezidenti Donald Trampın “maraqlı” qonaqları vardı.
Tramp ölkə daxilindən gələn keşişləri qəbul edirdi.
Trampın keşişlərlə görüşməsi dua ilə başlayıb.
Siyasi keşişlər, Trampa dua edib.
Ayin tərzi toplantı qaradərili keşişlərin Trampa təriflər yağdırması ilə davam edib.
Hətta qaradərili keşiş Darrell Skot Trampı qaradərili prezident Obama ilə müqayisə edib.
Trampın irqçi kimliyini görməzdən gələrək, "Tramp Amerikadakı qaralar və Afrika əsillilər üçün Obamadan artığını edib" deyib.
Halbuki Tramp, ilk aylarında ən çox qaradərililərin təpkisinə səbəb olmuşdu. Günlər və hətta həftələrlə onlarca şəhərdə minlərlə qaradərili və köçkün küçələrə tökülüb, ABŞ prezidenti Trampın irqçi ritorikasına etiraz etmişdi.
Trampın keşişlərlə keçirdiyi görüşdə belə bir mənzərə ortaya çıxıb.
Maraqlıdır ki, o keşişlər, Türk nazirlərə sanksiya qərarının açıqlandığı zaman Ağ Evdəydilər.
Bu mənzərə qətiyyən təsadüf ola bilməz və daha çox sifariş iyi verən bir dəvətə bənzəyir.
Keşişlərlə Tramp bir-birilərinə təriflər yağdırır, Keşişlər "səsimizi sizə verəcəyik"; Tramp da "nə istəsəniz etməyə hazıram" sözü verib.
Beləliklə bir fakt dəqiq ortadadır.
Noyabr ayındakı ara seçki öncəsi keşiş Brunson üçün Türkiyəyə sanksiya tətbiq edən ABŞ rəhbərliyi, mühafizəkar təbəqənin səsini itirmək istəmir.
Bunun üçün də daxili siyasətə bu cür güclü mesajlar verir.
Evangelistlərlə bağlı son bir neçə qeyd.
Evangelistlərin ABŞ-da çoxlu seçicisi olmaqla bərabər, hakimiyyət qanadında da güclü lobbiləri var.
ABŞ senatında Protestantlığın 13 alt məzhəbinə mənsub millət vəkilləri var.
Müxalifət.az