Ağ Evdə DAHA BİR İSTEFA!

Baxış sayı:
2284

Ağ Evin sözçüsü Sarah Sanders, Milli Təhlükəsizlik Şurasının (NSC) sözçüsü Maykl Antonun vəzifəsindən ayrılacağını bildirib.
 
Məsələ ilə bağlı yazılı açıqlama edən Sanders, etdiyi xidmətlərə görə, Antona təşəkkür edib. 9 apreldə vəzifəsinə başlaması gözlənilən yeni Milli Təhlükəsizlik müşaviri Con Boltonun Ağ Evə gəlişi ərəfəsində Antonun  vəzifədən getməsi diqqət çəkib.
Daha əvvəl keçmiş prezidentlərdən Corc W. Buş dövründə də Şurada xidmət edən Anton, Donald Tramp rəhbərliyi altında 1 ildən artıq işlədikdən sonra vəzifəsindən ayrılır. ABŞ mediasına açıqlama verən yüksək vəzifəli bir Ağ Ev rəsmisi də prezident Trampın da Antona zəng edərək xidmətlərinə görə təşəkkür etdiyini bildirib. Daha əvvəl Milli Təhlükəsizlik müşaviri Herbert Raymond Makmasterın vəzifəsinə son verən Tramp, ABŞ-ın keçmiş BMT-dəki daimi nümayəndəsi Con Bolton bu məqama təyin etdiyini açıqlamışdı.
Müxalifət.az