​ “Ağ evdə Çinə qarşı sanksiyalar hazırlanır” – “Politico”

 “Politico”: “Tramp administrasiyası Çini cəzalandırmaq üçün ona qarşı bir sıra iqtisadi tədbirlər tətbiq etməyi planlaşdırır”
 
Ağ evdə Çinə qarşı sanksiyalar hazırlanır.
Bu barədə “Politico” qəzeti yazıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Ağ evdəki müşavirləri Çinə münasibətdə məhdudlaşdırıcı tədbirlər hazırlayırlar.
“Tramp administrasiyasının yüksək vəzifəli məmurları Çini cəzalandırmaq üçün ona qarşı bir sıra iqtisadi tədbirlər tətbiq etməyi planlaşdırırlar”, - qəzet yazıb.
Qəzetin yazdığına görə, bir neçə tədbir variantı mövcuddur. Ancaq prezidentin onları təsdiqləyəcəyini söyləmək hələ tezdir.