Ağ Ev Trampla Putinin məxfi görüşünü təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Hamburq şəhrində baş tutan G20 sammitində rəsmi görüşlə bərabər, qeyri-rəsmi formada da bir araya gəliblər.
 
Bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Trampla Putinin G20 sammiti zamanı qeyri-rəsmi formada görüş keçirdikləri haqqında məlumat yayıb. Görüş şam yeməyi zamanı baş tutub və burada yalnız Rusiya prezidentinin tərcüməçisi iştirak edib. Tərəflər arasında danışıqlar bir saat davam edib.