Ağ Ev Tramp-Putin görüşünün detallarını açıqlamır

Ağ Ev Böyük İyirmiliyin sammiti zamanı prezident Trampla Rusiyanın dövlət başçısı Putin arasında bir saat davam edən görüş barədə məlumat verməkdən imtina edib.
 
Ağ Evin sözçüsü Sara Hakabi Sanders deyib ki, görüş ən adi şam ziyafəti olub.
Tramp-Putin görüşü barədə mətbuat bunun ilk görüş olduğunu bildirmişdi. Sanders prezidentlər arasında özəl söhbətin detallarının açıqlanmasını gülünc adlandırıb.
Bir çox sabiq diplomat, siyasi şərhçi və demokrat qanunvericilər də prezidentlərin ikinci görüşünə dair sualları cavablandırarkən bunun qeyri-normal olduğunu deyib.
ABŞ və Rusiya liderləri arasında rəsmi görüş iyulun 7-də baş tutub və iki saatdan çox çəkib. Tərəflər Ukraynanın şərqində münaqişə, Suriyada müharibə, o cümlədən terrorizm və kibertəhlükəsizliklə bağlı müzakirələr keçirib.
Tramp Putinlə görüşü «məftunedici» adlandırıb. ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, görüşdə ABŞ prezidenti ötən il Amerikada prezident seçkisinə Rusiyanın müdaxiləsi məsələsini də qaldırıb. Putin Amerikanın seçki sisteminə kiberhücumda Moskvanın əli olmasını inkar edib.
ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putinlə gizli görüşməsi haqda yayılanları «saxta xəbərlər» adlandırıb.