Ağ Ev Rusiyaya qarşı sanksiyalarin tətbiqini ləngidir

Senat Tramp administrasiyası ilə növbəti savaşa hazırlaşır
 
ABŞ Senatının Rusiyaya qarşı sanksiyalar tətbiq olunması ilə bağlı qərarından xeyli müddət ötüb. Lakin qanun icraedici hakimiyyət tərəfindən tətbiqi naməlum səbəblərdən gecikdirilir.
“İcraedici hakimiyyət Konqresin iradəsini qəsdən və birbaşa görməzliyə vurmaqda ittiham olunur”, - ABŞ-ın The Daily Beast qəzetinin icmalçısı Endryu Desiderio yazır.
“Tramp administrasiyasının Rusiyaya yönəlik yeni sanksyaları işə salmaqda “tənbəllik etməsi” qanunverici palatanı güc nümayiş etdirməyə vadar edir. Konqres Ağ Evin bu məsələdə ləng davranması ilə barışmaq niyyətində deyil”, - məqalədə qeyd olunur.
Yazıda bəhs olunan məsələdə parlamentdə təmsil olunan iki parityanın nümayəndələri arasında ciddi fikir ayrılıqlarının olmadığı bildirilir. Ağ Ev isə həm Senat, həm də Nümayəndələr palatasında böyük səs çoxluğu ilə qəbul olunan qətnamələri hələ də sərt şəkildə tənqid etməklə məşğuldur.
Sonuncu dəfə Tramp administrasiyası “Şərqi Avropaya silahlı təcavüz və seçkilərə qeyri-qanuni şəkildə müdaxilə etməsi səbəbindən Rusiyanın müdafiə və kəşfiyyat sahəsində çalışan hüquqi və fiziki şəxslərə qarşı tətbiq ounacaq sanksiyaların siyahısının tərtib olunması ilə bağlı son tarix sayılan oktyabrın 1-ni ötürüb. Senatorların ləngimə ilə bağlı verdiyi sorğular isə cavabsız buraxılıb.
Yazıda senator Bob Korkerin (respublikaçı, Tennessi şatatı) məsələ ilə əlaqədar keçən ay dövlət katibinin müavini Con Sallivanla telefon söhbətində olduqca sərt şəkildə danışdığı bildirillir. Yalnız bundan sonra Dövlət Departamenti sanksiyaların icrası ilə bağlı xüsusi tədbirlər siyahısını dərc etməyə məcbur olub. Onsuz da Trampdan zəndeyi zəhləsi gedən Korkerin öz istəyinə bu cür nail olması qanunverici palatanın üzvlrini daha da narahat edib. Onlar məsələnin bu həddə gəlib çatmasının doğru olmadığını bildirirlər.
“Demokrat partiyasından senator Bencamin Kardin (Merilend) və Con Makkeyn (Arizona) isə Senatın silahlı qüvvələr üzrə komissiyasında Ağ Evi müxətlif prosedurlarla, o cümlədən D. Tramp tərəfindən dövlətin vacib postlarına təyin ecəcəyi namizədləri bloklamaqla hədələyirlər.
“Lakin gerçəklik bundan ibarətdir ki, əslndə Konqresin bu məsələdə administrasiyaya qaşrı edə biləcək heç bir şeyi yoxdur”, - müəllif Endryu Desiderio yazır.
Senator Kardin bu məsələdə əl-qollarının bağlı olduğunu müəllifə etiraf etməyə mcbur olub. “Konqresin komandanlıq edə biləcəyi ordusu yoxdur, prezidentin isə əlində bu sahədə hər cür ixtiyarı var. Buna baxmayaraq bizim də iqtisadi sahədə isifadə edə biləcəymiz səlahiyyətlərimiz çoxdur”.
Siyasi ekspertlər bu məsələsnin prezident Donald Trampın gələn həftə qanunverici orqanın təmsilçiləri ilə görüşdə gündəmə gətiriləcəyini istisna etmirlər.
Həmin görüşdə Nümayəndələr palatsından spiker Pol Rayanın, palatadakı demokrat azlığın lideri Nensi Pelosi, Senatda Respublikaçılar fraksiyasının rəhbəri Mitç Makkonelin və Demokrat partiyası fraksiyasının lideri Çak Şumerin iştirak ediləcəyi gözlənilir. Görüşün əsasən büdcə, dövlət xərcləri ətrafında gedəcəyi bildirilsə də siyasi mövzulardan qaçınılmayacağı şübhəsizdir.