Ağ Ev rəsmisindən şok açıqlama: Trampı vəzifədən azad etmək istədik, amma imtina etdik!

Baxış sayı:
5863

Ağ Evdə üst səviyyə bir səlahiyyətli, bir qrup müşavirin, Trampın işdən azad edilməsi üçün prezidentin vəzifəsini yerinə yetirə bilmədiyi hökmünü ehtiva edən ABŞ konstitusiyasının 25-ci maddəsini gündəmə gətirməyi düşündüyünü, amma sonda imtina edildiyini bildirib.
 
Ağ Evdə vəzifədə olan üst səviyyə bir səlahiyyətli, “New York Times” qəzeti üçün kimliyini açıqlamadan qələmə aldığı bir məqalədə ABŞ prezidenti Donald Trampa qarşı hakimiyyət daxilində yaranan müqaviməti yazıb.
Səlahiyyətli, “Tramp rəhbərliyi içindəki müqavimətin parçasıyam” başlıqlı şərh məqaləsində “Tramp gedənə və ya vəzifədən azad olunana qədər gündəminə və ölkə üçün pis nəticələr verəcək meyllərinə səssiz-səmirsiz mane olmaq üçün çalışdıqlarını yazır.
Məqalə yazan nümayəndənin adı açıqlanmasa da Respublikaçılardan və hakimiyyət içindəki müqavimətçilərdən olduğunu bu sözlərlə ifadə edir: "Bilirəm, çünki mən də onlardan biriyəm. Daha açıq olmaq lazım gələrsə, bizimki soldan çıxan bir müqavimət deyil. Biz hakimiyyətin uğurlu olmasını istəyirik. Bir Respublikaçı kimi seçilmiş olsa da, prezident, mühafizəkarların mənimsədiyi azad fikir, sərbəst bazarlar və azad xalq ideallarına yaxınlıq göstərmir".
Tramp, “New York Times” qəzetində dərc olunan məqalə üçün “qorxaq” deyib və rəhbərliyə səhifələrini açan Nyu-York Tayms”-ı da tənqid edib. Tramp, "Bu adam realdırsa, Milli Təhlükəsizlik səbəbilə “New York Times” bu insanın adını verməlidir" - deyib.
“Nyu-York Times”-dakı məqalədə səlahiyyətli, Trampı əxlaqsız, ticarət və demokratiya əleyhdarı olaraq xarakterizə edir və ABŞ prezidenti üçün kifayət qədər məlumat sahibi olmadan, yetkinləşməmiş və zaman-zaman absurd qərarlar almağa meylli kimi xarakterizə edir.
Müxalifət.az