Ağ Ev Ərdoğanı qarşılamağa hazırdır

Baxış sayı:
14836

"Türkiyə Prezidenti Ərdoğanı Ağ Evdə çox güman ki, ABŞ Konqresi düşmən kimi, Tramp isə nisbətən mülayim qəbul edəcək".
Muxalifet.az bu barədə "Aljazeera"-yə istinadla xəbər verir.
Səfər, Türkiyənin Suriyanın şimal-şərqində YPG qüvvələrinə qarşı hərbi əməliyyat başlatmasından bir ay sonra baş tutdu.
YPG-ni Türkiyə və bir neçə Qərb dövləti muxtariyyət təşəbbüsü ilə on minlərlə insanı öldürən "terrorçu" təşkilat PKK-nın dayağı kimi qiymətləndirir.
Əməliyyat Ərdoğan və Tramp arasında razılaşma əldə edildikdən sonra ABŞ ordusunun ərazidən çıxarılması ilə başa çatdı.
Geri çəkilməni “İŞİD-lə mübarizədə” ABŞ-ın əsas müttəfiqi olan kürdlərin tərk edilməsi kimi qəbul edən demokratlar və respublikaçılar hələ də qəzəblidirlər.
Türkiyəli analitik və keçmiş diplomat Sinan Ulgen, Ərdoğanın "Trampı Suriyadakı vədlərin yerinə yetirilməsinə və YPG-ni himayə etməkdən əl çəkməyə inandırmağa" çalışacağını söyləyib.
Ankara, YPG-nin keçən ay imzalanan ABŞ-Türkiyə sazişində razılaşdırılmış ərazilərdən tam çəkilmədiyini söyləyir və bu səbəbdən Ərdoğan bu yaxınlarda Suriyanın şimalında birgə keçirilən ABŞ-YPG patrulundan məyus olduğunu bildirib.
"Tramp Türkiyənin ABŞ-dakı yeganə dostu kimi görünür, çünki Konqres və ABŞ administrasiyasındakı bəzi yüksək vəzifəli şəxslər Ankaraya qarşı tədbirlər görməyə, qəti hərəkətə keçməyə çağırırlar", deyə Ulgen Al Jazeera-yə bildirib. "Ankara, ABŞ-ın və Qərb müttəfiqlərinin Suriyadakı əməliyyata qarşı, xüsusən hökumətin düzgün hesab etdiyi məsələlər ilə bağlı belə sərt ictimai və siyasi reaksiya olacağını gözləmirdi", o deyib.

Əməliyyat YPG-nin Suriya-Türkiyə sərhəd bölgələrinin bir hissəsindən çəkilmək məcburiyyətində qalması ilə sona çatsa da, analitiklər ABŞ-dakı siyasi gərilmənin daha da artacağı, Türkiyəyə gəlincə isə ABŞ prezidentinin hərəkət seçiminin azalması və iki ölkə arasındakı onsuz da pozulmuş əlaqələrin uzunmüddətli gələcəyini şübhə altında olduğunu bildirirlər.
"Rusiyanın - Putinin Türkiyənin NATO-dakı strateji üzvlüyü bahasına Ərdoğan ilə yaxın tərəfdaşlıq qurması təəccüblü deyil", deyə beynəlxalq əlqələr üzrə professor Fawaz Gerges, Türkiyə - Rusiya münasibətlərinə, Moskvanın Suriyada artan nüfuzuna, o cümlədən Ankaranın Rusiya S-400 almasına da toxunub.
"Soyuq müharibənin sona çatması ilə, əsasən ABŞ və Türkiyənin ortaq maraqları sona çatdı. Bunun sonucu olaraq, daha asan şəkildə həll oluna bilən problemlər ortaya çıxmağa başladı və bunların həllində Türkiyənin əhəmiyyəti zəifləmiş kimi görünürdü".
Hərbi  ekspertlər, 27 avqustdan bu yana Ankara yaxınlığında Murted hərbi hava limanına enən S-400 hava hücumundan müdafiə sistemlərinin hissələri daşıyan Rusiya nəqliyyat təyyarəsi ətrafında işləyirlər.
Bu gün ABŞ -Türkiyə münasibətlərində bir qıcıqlandırıcı məqam da, Ərdoğanın Rusiyadan S-400 RMS almaq qərarına gəlməsidir. ABŞ buna ilin əvvəlində Türkiyəni son model F-35 qırıcıları proqramından məhrum etməklə cavab verdi, lakin hələ ki, cəza sanksiyalarını tətbiq etməyi ləngidir.
Tramp administrasiyasının rəsmiləri çərşənbə axşamı Ağ Evdə jurnalistlərə açıqlamasında prezidentin Ərdoğanla birbaşa münasibət qurmağa və Suriya, S-400 alış-verişi ilə bağlı "tam və açıq" müzakirələrə hazır olduğunu söylədi. Tramp, Türkiyənin Rusiyadan S-400 almasını müzakirə etməyi planlaşdırdığını söylədi.
Bazar günü ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Robert O'Brien Trampın Ərdoğana Türkiyənin S-400 alması halında ABŞ-ın iqtisadi sanksiyaları ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edəcəyini söylədi.

"S-400 üçün NATO-da yer yoxdur. Rusiya ilə silah alverinin NATO-da yeri yoxdur", O'Brien CBS-nin “Xalqla üzləş” proqramında deyib.
"Sanksiyalar Konqresdə iki partiyadan da səs çoxluğuyla keçəcək və Türkiyə bu sanksiyaların təsirini hiss edəcək" deyən O'Brien Amerikanın düşmənlərinə verdiyi cəzanın bir hissəsi olan sanksiyalara toxunaraq "Bunu prezident Ərdoğana çox açıq bildirdik", dedi.
'Qarşılıqlı sevgi və hörmət'
Xəbərdarlığa baxmayaraq, analitiklər ABŞ - Türkiyə münasibətlərində sürtünmədən böyük bir dönüş gözləmədiklərini və eyni zamanda Ərdoğanın səfəri zamanı birdəfəlik qopma da gözləmədiklərini söyləyirlər. Bunun əvəzinə Trump və Ərdoğanın iki NATO ortağı arasındakı yarı funksional əlaqəni qorumaq üçün çalışacaqları  gözlənilir.
Türkiyə prezidenti baş verən məktub qalmaqalına baxmayaraq, "qarşılıqlı sevgimiz və hörmətimiz" sayəsində Tramp ilə münasibətlərin irəliləməyə davam edəcəyini əlavə edib.
Muxalifet.az