Ağ Ev, mətbuat konfranslarında sual vermə üsullarını dəyişdirdi

Baxış sayı:
5053

Ağ Evin sözçüsü Sarah Sanders, mətbuat kartı ləğv olunan CNN-in Ağ Ev müxbiri Cim Acostanın haqlarının bərpa edildiyini bildirib, ancaq mətbuat konfranslarında müxbirlərin sual vermə üsullarına yeni qaydalar tətbiq olunduğunu açıqlayıb.
 
“Bu gün günortadan sonra Cim Acosta və CNN, Ağ Evə giriş kartının təkrar verilməsi haqqında məlumatlandırılıb" deyən Sanders, Ağ Ev mətbuat konfranslarının sual-cavab hissəsində aparılan dəyişikliklərə dair məlumat verib.
Edilən dəyişiklikdən sonra Ağ Evdə sual verməsinə imkan yaradılan müxbirlərin yalnız bir sual yönəldə biləcəyini qeyd edən Sanders, cavabdan sonra sualın davamına isə ancaq icazə verildiyi təqdirdə soruşula biləcəyini qeyd edib.
Bundan başqa, sualdan sonra mikrofonun yaxınlıqda olan vəzifəli şəxsə qaytarılması lazım olduğunu söyləyən Sanders, bu qaydalara uyğun gəlməyən müxbirin Ağ Ev mətbuat konfranslarına girmək üçün istifadə edilən giriş kartının ləğv ediləcəyini vurğulayıb.
Qeyd edək ki, Ağ Evdə Konqres seçkilərindən sonra keçirilən mətbuat konfransında ABŞ prezidenti Donald Trampla yaşadığı gərginlikdən sonra CNN-in müxbiri Cim Acostanın Ağ Ev üçün istifadə edilən mətbuat kartı ləğv olunmuşdu.
Bu hadisədən sonra isə CNN və Acosta, Tramp və mətbuat sözçüsü Sanders daxil olmaqla, çox sayda yüksək səviyyəli Ağ Ev rəsmisinin əleyhinə məhkəmə iddiası qaldıraraq, Acostanın təkrar mətbuat konfranslarına daxil olmasına icazə verilməsini tələb etmişdi.
Vaşinqtondakı federal məhkəmə hakimi Timoti J. Kelli, Acostanın lehinə hökm verərək, cinayət işi yekunlaşana qədər mətbuat kartının qaytarılması qərara alınmışdı.
Müxalifət.az