​Ağ Ev bütün əməkdaşlarına mobil telefonlardan istifadəni qadağan edə bilər

Ağ Ev bütün əməkdaşlarına şəxsi mobil telefonlardan istifadəni qadağan edə bilər.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə məmurlardan biri bildirib.
Qeyd olunur ki, bu qərar informasiyaların administrasiyadan KİV-ə sızması yox, kibertəhlükəsizlik məsələləri ilə bağlıdır.
Agentliyə danışan müsahiblərdən biri xüsusi olaraq qeyd edib ki, iş prosesi zamanı Ağ Evin simsiz şəbəkəsinə həddən artıq şəxsi mobil qurğu qoşulur. Guya bu halda istifadə edilən cihazlar hökumətin əməkdaşlara verdiyi mobil qurğulardan pis qorunur.
Şəxsi mobil qurğuların qadağası haqqında qərar hələ təsdiq edilməyib.