Afətə min şükür - Koreyalı müğənni Röyanın mahnısını belə korladı - VİDEO

Baxış sayı:
9751

Koreyalı müğənni Qod Ci Azərbaycanın əməkdar artostləri Röya Ayxan və Miri Yusifin "Səndən bir dənədir" hitini azərbaycanca ifa edib.

Muxalifet.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, müğənni bu mahnını özünün YouTube sosial şəbəkəsindəki səhifəsində yayıb. Müğənni bir müddət Azərbaycanda yaşayıb və təhsil alıb. O, burada Azərbaycan dilini də öyrənməyə nail olub.

Koreyaya qayıdan qız orada koreyalılar üçün Azərbaycan mahnılarını ifa etmək qərarına gəlib. Qızın Azərbaycandan olan izləyiciləri onun ifasını birmənalı qarşılamayıb.

Qod Cinin ifasında bu mahnını 70 mindən çox YouTube izləyicisi dinləyib.

Xatırladaq ki, bu kompozisiya 2016-cı ildə dinləyicilərə təqdim edilib. Mahnının sözlərini Miri Yusif yazıb, musiqisini isə Kamil Əhmədbəyli və Tural Əliyev bəstələyib.

Qeyd edək ki, Miri Yusif və Röyanın ifasında bu mahnının rəsmən yayımlanmış versiyasını 19,5 milyon izləyici dinləyib.