Afət elə sirrini açdı ki.... - "Manaf Ağayevlə birlikdə... "

Baxış sayı:
12439

Bu gün Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin qonaqları müğənni Afət Fərmanqızı və Manaf Ağayev olub.
Efirdə aparıcı Tolik (Tarix Əliyev) Manaf Ağayevin sənət yoldaşlarına göstərdiyi maddi dəstəkdən danışıb. Onun həmkarı Afət Fərmanqızı isə qəfildən Manaf Ağayevlə birlikdə məclislərdə oxuyan müğənni Mehribana etdiyi yardımları açıqlayıb.
Onun bu açıqlamasına prodüser Tolik etiraz edib. O, bu yardım haqqında Manaf Ağayevin həyat yoldaşının məlumatsız ola biləcəyini diqqətə çatdıraraq Afət Fərmanqızına xəbərdarlıq edib:
“Manaf Ağayevlə birlikdə oxuyan Mehriban xanım bir az xəstədi. Manaf bəy ona 1000 AZN birdəfə, 4000 AZN isə növbəti dəfə yardım edib. Bunu burada açıqlamaq lazım deyil. Manafın evində qırğın düşəcək”.