​“Afrini Əsədə təhvil verə bilmərik” - ÇAVUŞOĞLU

Baxış sayı:
3028

 “Afrin Suriyadakı rejimə təhvil verilə bilməz”.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu terrorçulardan azad edilən Afrinin kimə təhvil veriləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Fransa Suriya məsələsini müzakirə etmək barədə təklif irəli sürüb: “Bu günlərdə təklifi dəyərləndirib, görüş vaxtını təyin edəcəyik”.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Suriya ərazisində “Zeytun budağı” adlı anriterror əməliyyatına başlayıb. Martın 18-də Afrin PKK/YPG-PYD terrorçularından təmizlənib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Türkiyə Afrini Suriya hakimiyyətinə təhvil verməlidir.
XİN başçısının bu açıqlamasına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Afrini kimə vercəklərini yaxşı bilirlər.