​Afrini azad edən türk general peşmərgə geyimində - Foto

Baxış sayı:
4132

Türkiyə ordusunun tarixi uğurlarından biri kimi qiymətləndirilən “Zeytun budağı” əməliyyatına rəhbərlik edən, Afrini azad edən general kimi tanınan İsmayıl Mətin Təməl Paşanın peşmərgə geyimində fotoları ortaya çıxıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Sosial şəbəkələrdə “xüsusi əməliyyat” zamanı çəkildiyi qeyd olunan fotolarda Təməl Paşanın əlindəki “Kalaşnikov” markalı avtomat silah diqqət çəkib.
Qeyd edək ki, İsmayıl Mətin Təməlin 1990-cı illərdə Şimali İraqda gedən döyüşlərdə xüsusi təyinatlı dəstələrin tərkibində vuruşduğu bildirilir.