​AFRİNDƏN TƏKAN: Tatlısəs 9 ildən sonra qayıdır

Baxış sayı:
6385

Türkiyəli müğənni İbrahim Tatlısəs 9 illik fasilədən sonra yenidən musiqi dünyasına qayıdıb.
Muxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı “Yaylalar” bəstəsini 3 ayrı versiyada pərəstişkarlarına təqdim edəcək.
O bu mahnını prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Afrində əsgərləri ziyarət edən zaman ifa etmişdi.
“Xalqdan gələn çoxsaylı istək nəticəsində “Yaylalar”ı sinql kimi çıxarmaq qərarına gəldik”,-deyə İbrahim tatlısəs qeyd edib.