Afrindən sonra HƏDƏF HARADIR?

Baxış sayı:
4816

Türkiyənin SETA Strateji Araşdırmalar Mərkəzinin direktoru Həsən Bəsri Yalçın “Zeytun Budağı” hərakatıyla başlanan Afrin əməliyyatından sonra “Növbəti hədəf hara olacaq” sualına cavab verib.
 
Növbəti hədəf haradır?
 
“Əvvəl Afrini terrorçulardan təmizləmək lazımdır. Sonra Membiçi hədəfə qoyarsanız. Sonra Hasekəni. Sonra Qəndili. Addım addım. Pillə-pillə. Bir uğur digərini mümkün edəcək. Baxın, bir il əvvəl Afrin əməliyyatı da çox çətin görünürdü. Amma Rusları Amerikalılara, Amerikalıları da Ruslara qarşı oynadıq. Aradakı boşluqdan böyük diplomatik uğur hasil etdik. Afrin sahibsiz qaldı. Əgər belə uğurlu addımları atmağa davam etsək, Membiçdə alınacaq, digərləri də. Kifayətdir ki, konkret qarşılığı olan addımlar atıb, nəticələr alaq”.
Müxalifət.az