Afrindən qaçmadan əvvəl terrorçuların QƏNDİLƏ VERDİKLƏRİ SON MESAJ

Baxış sayı:
3154

Çanaqqala Zəfərinin 103-ci ildönümünü qeyd edərkən, Afrin şəhər mərkəzinin nəzarət altına alındığı xəbəri gəldi. Çanaqqala Qələbəsi, Afrindən gələn sevindirici xəbərlə taclandı.
 
Afrin şəhər mərkəzinin bu qədər asan ələ keçirilməsi gözlənilən idimi? Məhəllə döyüşləri olacaq, terror təşkilatı müqaviməti göstərib, Türkiyəni saxlayacaq və əsl böyük itkinin də məhz orada veriləcəyi deyilirdi. Nə oldu? Afrin ətrafında böyük itkilər verən PKK-YPG şəhər döyüşünü nəzərə almadı. PKK/YPG terrorçularının Afrindən Qəndilə verilən ən son mesajda, "Tələf olarıq" deyilir. PKK, Qala Divarda, Cizrədə, Silopidə şəhər döyüşlərini apardı da nə əldə etdi ki, Afrində də nə etsin? Afrində də böyük bir məğlubiyyətə uğrayacağını görüb, 4 gün əvvəlcədən gecənin qaranlığında mülki əhaliyə qarışaraq Afrindən qaçdılar.
Müxalifət.az