Afrindən qaçış başladı: AMMA TƏKCƏ..

Baxış sayı:
17284

Cinderesinin alınması və terror təşkilatının mühüm mövqeləri itirməsi Afrində panikaya səbəb olub. YPG-lilərin girov saxladığı bəzi mülki şəxslər şəhər mərkəzindən qaçmağa başlayıb.
 
Afrin mərkəzindəki etibarlı mənbələrdən alınan məlumatlara görə, yanlarına az sayda əşya alan ailələr, axşama saatlarında minik vasitələri ilə rayonu tərk etməyə başlayıb. Onlarla maşının Bəşşar Əsəd rejiminin nəzarətindəki Hələb şəhər mərkəzinin şimalına yönəldiyi görülüb.
 
BMT ETİRAF ETDİ: YPG İCAZƏ VERMİR
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin sözçüsü Farhan Haq, gündəlik mətbuat brifinqində Afrindən ayrılmaq istəyən, ancaq yerli rəsmiləri tərəfindən (YPG) qarşısı alınan mülki əhalinin vəziyyətindən narahat olduqlarını deyib.
 
5 MİN NƏFƏR ŞƏHƏRİ TƏRK EDİB
 
Afrindən indiyə qədər 5 min nəfərin ayrıldığını, ancaq indi mülki əhalinin çıxışına icazə verilmədiyini və bu mövzudakı narahatlıqlarını daha əvvəl də dilə gətirdiklərini ifadə edən Haq, Afrinə insanı yardım və bölgədən mülki əhalinin ayrılması üçün meydançadakı bütün tərəflərlə görüşdüklərini, amma yerli idarəçilər tərəfindən problemlərlə qarşılaşdıqlarını deyib.
 
ŞƏHƏRİ TƏRK EDƏNLƏRİN ÇOXU YPG TERRORÇULARININ AİLƏLƏRİDİR
 
Afrindəki yerli mənbələrin verdiyi məlumata görə, YPG-li terrorçuların öz ailələrini şəhərin kənarına çıxardığını və Hələb üzərindən daha təhlükəsiz bölgələrə keçirdiklərini, ancaq öz ailələrindən başqa kimsənin şəhəri tərk etməsinə izn verilmədiyini deyib. YPG-li terrorçular şəhəri tərk etmək istəyən digər mülki əhalini isə qətlə yetirir.
 
TSQ DÜNƏN O QƏTLİAM GÖRÜNTÜSÜNÜ PAYLAŞMIŞDI
 
TSQ-yə aid insansız hava vasitəsinin görüntülərində, terror təşkilatı YPG/PKK-ya mənsub iki nəfərin Afrində Kurayriyah kəndinin çıxışında Ramadiyeh kəndinə gedən yola partlayıcı (EYP) yerləşdirdikləri və şəhəri tərk edən mülki vətəndaşları hədəf aldığı ortaya çıxıb.
 
ABŞ YPG TERRORÇULARININ AİLƏLƏRİ ÜÇÜN AFRİNƏ GETDİKLƏRİNİ QƏBUL ETMİŞDİ
 
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Hazer Nayert, şərqdəki bəzi YPG-lilərin ailələri üçün Afrinə getdiklərini etiraf etmişdi.
Müxalifət.az