Afrindəki Türkiyə düşmənçiliyndə o ölkənin də BARMAĞI ÇIXDI

Baxış sayı:
11383

Afrindəki PKK terrorçularına Qərbdən ən ciddi döyüşçü dəstəyi Yunanıstan üzərindən təmin olunur.
 
Son olaraq “Zeytun Budağı” Hərəkatında daha bir Avropalı terrorçu öldürüldü. Adı Haukur Hilmarssondu. Terrorçu İslandiya mənşəlidir.
Daha əvvəl də “Zeytun Budağı hərəkatında Fransız və İngilis terrorçular öldürülmüşdü.
Amma bu son hadisə PKK nəzdindəki Qərb terrorçularla bağlı maraqlı bir detalı ortalığa çıxarıb.
Terror təşkilatının içərisində yüzlərlə Qərbli döyüşçülər var.
Bunlar könüllü adı altında Suriyaya gəlib, PKK-PYD sıralarında Türkiyəyə qarşı döyüşürlər.
Aralarında kəşfiyyatçılar, mütəxəssis əsgərlər də var.
Xüsusilə Amerikadan gələnlərin çoxu keçmiş əsgərdir və PKK-PYD-yə MKİ tərəfindən montaj edilirlər.
Bu legionerlərə əsasən Pentaqonun terror təşkilatına verdiyi ağır silahların istifadə olunması tapşırılır. Çünki çoxu lazerlə işləyən o silahların terrorçular tərəfindən səhvsiz istifadə edilməsi mümkün deyil.
Avropalı terrorçulara gəlincə, onlar arasında da muzdlu əsgərlər var. PYD-nin sabiq həmsədri Saleh Müslim, Avropada şəhər şəhər gəzərək əsasən legionerlərin "könüllü aktivist" adı altında kamuflyaj olaraq terror təşkilatında iştirakını təşkil edir.
Avropadan PKK-ya qoşulan və hərb mənşəyi olmayan döyüşçülərə gəlincə, bunların demək olar ki, hamısı Avropada xüsusi hazırlanmış terrorçulardır.
“Zeytun Budağı” hərəkatında öldürülən İslandiyalı da onlardan biridir.
2008-ci ildəki qlobal iqtisadi böhrandan ən çox Yunanıstan və İslandiya zərər görmüşdü.
İslandiya iqtisadiyyatı iflas edəndə Haukur Hilmarsson adlı döyüşçü, hökumət əleyhinə mitinqlərdə, parlament basqınında iştirak etmiş, orada həbs olunmuşdu.
Özünü bir sülh tərəfdarı kimi tanıdırdı. Əslində isə Yunanıstan mərkəzli RUİS adlı terror təşkilatının üzvü idi.
RUİS, beynəlxalq inqilabçı həmrəyliyi ittifaqı adlı bir terror təşkilatıdır.
Bunun ən tanınan qolu MLKP-dir.
Məhz Afrində öldürülən könüllü aktivist görünüşlü İslandiyalı Hilmarsson, qeyri-qanuni terror təşkilatı Marksist-Leninçi Kommunist Partiyasının Yunanıstandakı üzvlərindən biri idi.
2008-ci ildən sonra İslandiyadan Yunanıstana keçib. RUİS hərəkatı ilə birlikdə MLKP-də iştirak edib.
MLKP isə son illərdə PKK terror təşkilatıyla birgə əməkdaşlığa başlayıb.

Təbii ki, bütün bunları söyləyərkən onu da unutmamaq lazımdır ki,
Yunanıstan, PKK başda olmaqla, MLKP və DHKP-C kimi terror təşkilatlarının Avropada ən rahat yuvalandığı və silahlı terrorçu təlim düşərgələri qurduğu ölkədir.
Hilmarsson kimi yüzlərlə Qərbli terrorçu, Avropanın müxtəlif ölkələrindən Yunanıstana gəlib, bu terror düşərgələrində silahlı təlimlər keçirlər.
Və qruplar halında Suriyaya gedib, PKK-PYD-yə qoşulurlar.
Yunanıstan üzərindən Suriyaya gedib, PKK-ya qatılan MLKP əlaqəli RUİS terror təşkilatının Suriyanın şimalındakı PKK işğalında tutulan bölgələrdə çoxsaylı düşərgələri var.

Onlardan birinin divarlarında "Afinadan Rojavaya azadlıq" kimi Yunan terror şüarları yazılıb.
Suriyadakı bir başqa Yunan terror düşərgəsində də yenə RUİS və MLKP-nin bez əskilərindən fərqlənməyən simvolları asılıdır, yaxud oradakı evlərin divarlarında Yunan dilində terror şüarları yazılmışdır.
Haukur Hilmarsson da Şahin Hüseyni kod adı ilə iştirak etdiyi PKK-PYD-nin bir üzvü kimi Hasekədən Afrinə keçib. 20 yanvarda başlayan “Zeytun Budağı” hərəkatı ilə birlikdə PKK sıralarında Türk əsgərinə döyüşüb və digər yüzlərcəsi kimi öldürülüb.
Müxalifət.az