​Afrində yeraltı əməliyyatı: Türk “Sərçə”ləri hərəkətə keçdi

Baxış sayı:
3757

Türkiyə ordusunun xüsusi təlim keçmiş hərbçiləri azad edilmiş Burseya dağında terrorçuları təqib edir.
Muxalifət.az xəbər verir ki, təkcə Burseya hissəsində iki kilometrə qədər uzanan tunellər var. Bu tunellər Afrinin içərilərinə doğru 13 ayrı istiqamətdə uzanır.
Ümumilikdə 50 kilometr uzunluğunda olan tunellərin bəzi hissələrinin girişlərinin hələ də PYD-YPG terrorçularının nəzarətində olan ərazilərdə yerləşdiyi bildirilib. Tunelləri təmizləmək, həmçinin qəfil hücumların qarşısını almaq üçün türk əsgərləri girişləri bağlamağa başlayıb.
Türk ordusunun Burseyada tunellərə nəzarəti təmin etmək üçün gecəgörmə qabiliyyətinə malik “Sərçə” uçan aparatlarından və müxtəlif dronlardan istifadə etdiyi vurğulanıb.