​Afrində Türkiyəyə qarşı savaşacağıq - XEDU

Baxış sayı:
763

Afrindəki kürdlər Türkiyə ordusunun əməliyyatlarına qarşı dayanmağa hazırdırlar.
Muxalifət.az xəbər verir ki, bu sözləri “RİA Novosti” agentliyinə açıqlamasında kürd siyasətçi Reyzan Xedu söyləyib.
“Türkiyə tərəfdən artilleriya atəşinə məruz qalırıq. Xalq türk ordusu ilə mübarizəyə hazırlaşır”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyə bundan öncə YPG-yə qarşı Afrində əməliyyatlara başlayacağını açıqlayıb. Ankara artıq Moskva ilə əməliyyatlar məsələsində razılığa gəlib. Nəticədə Rusiya bölgədəki qoşunlarını geri çəkib. Suriya isə yeni əməliyyata imkan verməyəcəyini və Türkiyə təyyarələrini vuracağını açıqlayıb.