Afrində terrorçulara çox mərtəbəli NATO QURULUŞLU TUNELLƏR

Baxış sayı:
5554

Qərbin verdiyi dəstəklə illərdir terror yuvası halına gətirilən Afrində, Türk ordusuna qarşı çox mərtəbəli tunel sistemləri inşa edildiyi ortaya çıxıb.
 
Türkiyə təhlükəsizlik mənbələrindən verilən kritik məlumat, Türk  düşmənlərinin ölkəyə qarşı nə qədər böyük bir ehtiras və əzmlə çalışdığını ortaya qoyub. Bölgədən gələn məlumatlara görə, Afrində müəyyən edilən tunellərin altında başqa tunellər də yer alır. İmperiya güclərinin pul, texnika və mühəndislik dəstəyi verdiyi terrorçular, alt alta fərqli tunel sistemləri inşa etmişlər. Bəzi tunel sistemləri yer səthinə yaxın inşa edilərkən, daha kompleks tunel sistemləri isə onların altında, onlardan müstəqil olaraq inşa edilmişdir.
 
TUNEL SİSTEMLƏRİ FƏRQLİ MÜHƏNDİSLƏRƏ HAZIRLADILMIŞ
 
Başında ABŞ-ın durduğu bu qüvvələrin PKK/PYD-yə verdiyi dəstəklə inşa edilən tunel sistemlərində, müxtəlif ölkələrdən fərqli mühəndislərə yerin müxtəlif qatlarında ayrı-ayrı tunel sistemləri inşa etdirildiyi bildirilir. Buna görə, strateji bir təpənin yer səthinə yaxın dərinliklərinə Alman mühəndislər gətirilib, NATO-nun strategiyasına uyğun tunel sistemləri inşa edilərkən, həmin təpənin daha dərinliklərinə Amerikan mühəndislər tərəfindən tamamilə fərqli tunel sistemləri qurdurulmuşdur. Bunun yanında tunel sistemlərinin səthə yaxın olanları təpənin Türk ordusuna qarşı müdafiə edilməsi üçün nəzərdə tutularkən, daha dərinlərə qurulan tunel sistemləri tamamlama və uzunmüddətli planlar üçün istifadə edilmək üçün hazırlanmışdır. Yerin dərinliklərindəki tunel sistemlərinin başqa bir xüsusiyyəti isə, təpələri kilometrlərlə uzaqlıqdakı digər təpə və yaşayış yerlərinə bağlanmasıdır. Bu yöndə məlumat verən təhlükəsizlik mənbələri, dərinliklərdəki tunellərin sərhədi aşaraq Türkiyənin içlərinə qədər çatdığını qeyd edirlər.
 
PYD-ni NATO STRATEGİYALARI İLƏ DÖYÜŞƏ HAZIRLADILAR!
 
NATO, xüsusilə soyuq müharibə dövründə təhdid olaraq gördüyü Sovet İttifaqına qarşı bir çox üzv ölkədə tunel sistemləri inşa etdirib. Tunellərin istifadə olunduğu ölkələrin başında isə Almaniya, Böyük Britaniya, İsveçrə, Norveç, İtaliya, Malta və ABŞ kimi ölkələr var. Bəziləri istifadə etməsə də, günümüzdə hələ də NATO üzvü olan bir çox ölkə bu tunelləri fəal istifadə edir. İşi Türkiyə, İran, İraq və Suriya kimi ölkələrə qarşı separatçı terror və terror hərəkətləri etmək, silah və narkotik ticarəti ilə məşğul olmaq olan PKK və ona bağlı qollarına sahib çıxan NATO ölkələrinin, verdikləri silah və sursatın məzmunu, hərbi təlim, istərsə də mühəndisləri onlar üçün səfərbər etmələri, Türkiyəyə qarşı edilən böyük hazırlığı gözlər önünə sərdi.
Müxalifət.az