​Afrində qızğın DÖYÜŞ BAŞLADI: aviasiya zərbə endirir

Baxış sayı:
3178

Türk ordusu Afrin istiqamətində strateji əhəmiyyətə malik Cinderesdə döyüşlərə başlayıb.
Muxalifət.az xəbər verir ki, PKK-PYD terrorçularını mühasirəyə alan ordu ardıcıl zərbələr endirir. Bölgədə şiddətli döyüşlərin getdiyi bildirilir.
Qeyd edək ki, Türkiyə mətbuatı Cinderes istiqamətində hücumun hər an başlaya biləcəyini yazmışdı. Cinderesin azad edilməsi ilə dağlıq ərazidə mövqe tutan terrorçulara silah-sursat göndərilməsinin qarşısı birdəfəlik alınacaq.