Afrində PKK-nın "QARA HƏBSXANASI"

Baxış sayı:
4666

Afrində, PKK/YPG-lilərin terror təşkilatına dəstək verməyənlərə işkəncə verdiyi “Qara həbsxana”nın fotoşəkli yayılıb. Ölüm kameralarına götürülüp, bir daha xəbər alınmayan minlərcə Afrinli var.
 
Afrini illər boyu işgal altında tutan terör örgütü PKK/YPG üzvləri onlara qarşı çıxan bölgə xalqını yox etmək ve sındırmaq üçün insanlığa yaraşmayan işgəncələr ediblər. Əli qanlı təşkilatın bu cür işgəncələrinə qarşı çıxan, baş qaldıran hər kəs xalq arasında "Qara Həbsxana" (Hamı Reş) kimi tanınan ölüm kameralarına atıldı. PKK/YPG üzvləri terror təşkilatına qarşı üsyan edən ailələri, uşaqları ilə birlikdə Afrinə bağlı Racuda dağların arasında inşa edilən bu həbsxanada işgəncələr edib. Qadın, kişi və uşaq üçün ayrı-ayrı hissələri olan 3 mərtəbəli və 100 otaqlı həbsxananın ən diqqət çəkən hissələri isə yerin dibinə keçirilən və bir insanın çökməsinə belə imkan verməyən "Tabutluq" adı verilən kameralar olub. O kameralarda qalan insanların, illərlə günəş üzü görməsinə icazə verilməyib. Tabutluqlarda qalan məhkumların başından aşağı davamlı su tökülür və hər biri ağlagəlməz işgəncələrdən keçirilirib. Həbsxanaya girən minlərlə Afrinlidən bir daha xəbər gəlməyib. O həbsxanadan sağ çıxmağı bacaranlar isə həbsxana haqda danışıblar.
 
MÜALİCƏ EDİR - DEYƏ, İŞGƏNCƏ GÖRDÜ
 
Afrində hər ailədən ən azı bir nəfər o həbsxanaya girmişdir. Təşkilat ona qarşı gələn hər kəsi həbsxanaya atmaqla təhdid edib. Həbsxanaya düşənlərdən biri 50 yaşlı Heydər Məhəmməd, bir ilə yaxın işgəncə görmüşdür. O günləri unutmadığını ifadə edən Məhəmməd, "Mənim otağım vardı. İnsanları və Azad Suriya Ordusunun əsgərlərini müalicə etdiyim üçün məni həbsə atdılar. “Qara Həbsxana” yerin altında qaranlıq və hava almayan bir xüsusiyyətə sahibdir. Oraya girən gözlərini, qulaqlarını, bədənindəki bir uzvunu yəqin ki, itirib, çıxır. Tam bir ilə yaxın həbsxanada qaldım. Gözləri qapalı vəziyyətdə. Aylarla müxtəlif işgəncələr etdilər. Ayaq yanıqlarım var, barmağımdakı ətlər ayrılıb. Gözümdə siqaret söndürmək istədilər. Sonunda qurtulduq o vəhşi insanlardan" deyib. Həbsxanaya ailəsiylə birlikdə girən Əhməd Badırlı (48) isə işgəncələrdən bəhs edərkən ağlayır. Badırlı, "YPG/PKK uşaqlarımı və arvadı öldürdü" deyə söyləyib.
Müxalifət.az