Afrində öldürülən TERRORÇU SAYI ARTDI

Baxış sayı:
4804

Hökumət sözçüsü Bozdağ, “Zeytun Budağı” Hərəkatının başlanğıcından bu yana 2795 terrorçunun zərərsizləşdirildiyini bildirib.
 
Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ, Nazirlər Kabineti toplantısından sonra verdiyi açıqlamada, “Zeytun Budağı” Hərəkatının başlanğıcından bu yana 2795 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Bəkir Bozdağ, "Zeytun Budağı Hərəkatı ilə bu günə qədər 112-si kənd, 30-u kritik nöqtə olmaqla, cəmi 142 region nəzarət altına alınmışdır" deyib.
Baş nazirin müavini Bozdağ, “Zeytun Budağı” Hərəkat bölgəsinin yarıya yaxınının Türk Silahlı Qüvvələrinin nəzarəti altına keçdiyini də açıqlayıb.
Müxalifət.az