Afrində “Körfəz” fitnəsi

Baxış sayı:
220

Türkiyənin Fəratın şərqini də işğalçılardan təmizləməyə qarşı hazırlıqları, terror havadarlarını narahat edib. Əl Bab və Cerablusdan sonra həftənin sonunda Afrində qəfil çıxan qarət və zorakılıq hadisələrini Körfəzdəki Ərəb ölkələrinin maliyyə cəhətdən dəstəklədiyi cinayətkar dəstələrin törətdiyi müəyyənləşdirilib. Bölgədə keçirilən əməliyyatlarla təxribatın qarşısı alınıb və dəstə liderlərinin əksəriyyəti həbs olunub.
 
QƏFLƏTƏN ZORAKILIQ VƏ QARƏT BAŞ VERİB
 
“Star” qəzetində yer alan xəbərə görə, Suriyada, terror təşkilatı PKK/PYD-ni açıq şəkildə maliyyələşdirən Körfəz ölkələrinin kəşfiyyat və qarət əməliyyatı belə həyata keçirilib. Əvvəl “Fərat Qalxanı” hərəkatı ilə terrorçulardan təmizlənilən Əl Bab, Cerablus kimi şəhərlərdə terror hücumları və bombalı aksiyalar bir-birinin ardınca baş verdi. Sonra ötən həftənin sonunda Afrində birdən qarət və zorakılıq hadisələri ortaya çıxdı.
 
KÖRFƏZİN DƏSTƏKLƏDİYİ İKİ QRUP
 
Quldur şəbəkəsi kimi təqdim edilən hadisələrin arxasında isə Körfəz ölkələrinin maddi dəstək verdiyi Əhrar el-Şarkiye qrupu ilə Abu Havlə qrupunun olduğu və bu iki qrupun Afrində yağma, qəsb, adam qaçırma, mütəşəkkil cinayətlər törətdiyi müəyyənləşdirilib. Bundan sonra da TSQ və ASO, dinc əhalinin zərər görməməsi üçün saat 05.00-da başlayan küçəyə çıxma qadağasından sonra düyməyə basıb. Keçirilən əməliyyatla hər iki təşkilata mənsub, aralarından dəstə liderlərinin də olduğu çox sayda şübhəli saxlanılıb.
Müxalifət.az