Afrində hər daşın altından PKK ÇIXIR - PKK-YPG əlaqələri İFŞA OLDU

Baxış sayı:
2773

PKK və Suriya qolu PYD-nin silahlı qanadı olan YPG arasındakı əlaqə bir daha ifşa edilib. Öldürülən YPG-li terrorçunun döyüş jiletində, separatçı terror təşkilatı PKK-nın terrorçubaşı Abdullah Öcalanın şəkli və PKK simvolu çıxıb.
 
Afrində öldürülən YPG-li terrorçunun döyüş jiletindən separatçı terror təşkilatı PKK-nın terrorçubaşı Abdullah Öcalanın şəklinin nəqş olunduğu simvolların çıxması, iki terror təşkilatı arasındakı üzvi əlaqəni bir daha ortaya qoyub.
Türkmənlərdən ibarət olan Fatih Sultan Mehmet Batalyonunda YPG-yə qarşı könüllü olaraq döyüşən Rizə Murad Kutanis tərəfindən çəkilərək paylaşılan fotolar, terror təşkilatları YPG və PKK arasındakı əlaqəni bir daha ifşa edib.
Digər tərəfdən, Afrində bir orta məktəbdə tədris olunan dərs kitabındakı xəritədə Türkiyənin Qara dəniz bölgəsinə qədər uzanan Şərq və Cənub-şərq bölgəsindəki sərhədləri ilə İran, İraq və Suriyanın bir hissəsi Kürdüstan kimi göstərilir.
Müxalifət.az