Afrində daha 3 kənd TERRORÇULARDAN TƏMİZLƏNDİ

Baxış sayı:
1825

Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin Korta, Babak Uşağı və Qaşa kəndlərini YPG/PKK-İŞİD-dən təmizləyib.

Bölgədəki Anadolu Agentliyinin müxbirlərinin bildirdiyinə görə, TSQ və ASO, Afrinin şimal-qərbində yerləşən Bülbül mahalının Korta, Babak Uşağı və Qaşa kəndlərini terrorçulardan xilas edib.
TSQ və əməliyyatlara dəstək verən ASO gücləri, hərəkatın əvvəlindən bu yana YPG/PKK-İŞİD-in işğalındakı Afrində 5-i mahal mərkəzi, 131-i kənd, 31-i strateji mövqe olmaqla, cəmi 167 regionu nəzarət altına alıb.
YPG/PKK-nın əsas gücü və müdafiə xətləri, böyük ölçüdə Afrin rayon mərkəzində yerləşir.
Bölgədəki mülki əhalini canlı qalxan edə bilmək üçün əhalini zorla rayon mərkəzinə yönəldən təşkilat, mərkəzdən Bəşşar Əsəd rejimi və hərbi müxaliflərin nəzarətindəki bölgələrə getmək istəyən Ərəb və Kürd əhaliyə isə mane olur. Mülki əhalinin rayon mərkəzindən buraxılmaması, BMT-nin də təpkisinə səbəb olub.
Müxalifət.az