Afrində çirkli iş birliyi YALNIZ TABUTLARIN RƏNGİNDƏ ÖZÜNÜ GÖSTƏRDİ

Baxış sayı:
5182

Terror təşkilatı PKK/YPG-yə dəstək olmaq üçün Türk və ASO əsgərinə qarşı cəbhəyə keçən Əsəd rejiminə bağlı qüvvələr, böyük itkilər verməyə başlayıb.
 
Suriyanın şimalında sülh və əmin-amanlıq şəraitini təmin etmək üçün hərəkətə keçən Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” Hərəkatı çərçivəsində bölgəyə yerləşən terrorçuları tək-tək zərərsizləşdirir.
Terror təşkilatı YPG-nin işğal altında saxladığı əraziləri terrordan təmizləyən Türk əsgərinə qarşı müqavimət göstərə bilməyən YPG-li terrorçular, Əsəd rejimindən kömək almağa başladı.
 
YEGANƏ FƏRQ TABUTLARIN RƏNGİDİR
 
Əsəd rejiminə bağlı qüvvələr, PKK/YPG-li terrorçuların qəddar planlarına daxil olaraq Türk əsgəriylə qarşıdurmaya girdi. Bu terror ittifaqının nəticəyə təsiri isə yalnız tabutların rəngində oldu.
Türk əsgəri ilə girdiyi münaqişələrdə zərərsizləşdirilən Əsəd rejim qüvvələrinin cənazələri kütləvi şəkildə qaldırılmağa başlandı.
Sadəcə bu dəfə tabutların üzərində PKK/YPG əskisi deyil, yerinə Suriya bayrağı sərilib.
Müxalifət.az