Afrində ASO cildinə girib talayıblar: PKK YALANI İFŞA OLUNDU

Baxış sayı:
3529

Azad Suriya Ordusu PKK-nın "Afrində talama" yalanını ifşa edib.
 
ASO-ya bağlı əsgərlər Afrində küçələrdə talançıları yaxalamaq üçün əməliyyat keçirib.
Azad Suriya Ordusu əsgərlərinin cildinə girən 70 nəfərlik talançı dəstə çökdürülüb.
Talançıların Azad Suriya Ordusu mənsublarının cildinə girdikləri müəyyən olunub. Yaxalanan oğrular hər şeyi etiraf edərək, "Azad Suriya Ordusu əsgərlərinin libasında Afrinə girib, talançılıq etməklə cinayəti ASO-nun üstünə atdıqlarını" etiraf ediblər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ASO-nun bu məsələdə hərəkətə keçdiyini və talana heç vaxt imkan verilməyəcəyini söyləmişdi.
Müxalifət.az