​Afrin yolları və məntəqələr tutuldu, 2668 ölü... - Türkiyə

Baxış sayı:
1879

Türkiyə Silahlı Qüvvələri Afrində keçirilən “Zeytun budağı” əməliyyatı zamanı öldürülən terrorçuların sayının 2668-ə çatdığını açıqlayıb.
Muxalifet.az  xəbər verir ki, ordu daha 7 məntəqənin azad edilməsindən sonra Raco və Cinderesdən Afrinə gedən yolların nəzarət altına alındığını bildirib.
TSQ əməliyyat zamanı yalnız terrorçulara məxsus sığınacaqların, silah anbarlarının və mövqelərin vurulduğunu, mülki əhaliyə qarşı xüsusi həssaslıq göstərildiyini vurğulayıb.